Orxan Mürsəlovun icra başçısı olduğu Gədəbəydə yarım milyon manatlıq təmir dayandırıldıbackend

Orxan Mürsəlovun icra başçısı olduğu Gədəbəydə yarım milyon manatlıq təmir dayandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gədəbəy Rayon İcra Hakimiyyəti Gədəbəy şəhərində küçələrin asfaltlaşdırılması üzrə aparılacaq əsaslı təmir işlərinin satın alınması ilə bağlı elan etdiyi 535.912 manat dəyərində tenderi ləğv edib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, ləğv qərarına səbəb olaraq “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsi göstərilib. Qanuna əsasən, tenderin keçirilməsi üçün təklif və təklifin təminatını təqdim etmiş, habelə müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı ən azı üç olmalıdır. Lakin bu tələbin yerinə yetirilmədiyi qeyd olunaraq, prosedur rəsmən dayandırılıb.

Rəsmi açıqlamada bildirilib ki, qanunla müəyyən olunmuş minimal təchizatçı sayı təmin edilmədiyi üçün satınalma proseduru ləğv olunub.

Xatırladaq ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovdur.