“Qaçqınkom”un bu departamenti 10 manatlıq şirkəti 250 minlik tenderdə qalib etdibackend

“Qaçqınkom”un bu departamenti 10 manatlıq şirkəti 250 minlik tenderdə qalib etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Bakı şəhəri, Abşeron və Füzuli rayonlarında salınmış məcburi köçkün qəsəbələrində yerləşən mənzillər, fərdi yaşayış evləri və binaların dəhlizlərinin təmiri ilə bağlı satınalma həyata keçirir.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, atınalmanın qalibi “Tunel-Metro İnşaat” MMC olub. Tərəflər arasında 250.094,37 manat məbləğində müqavilə bağlanacağı gözlənilir.

Maraqlı məqamlardan biri isə odur ki, qalib gələn şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. Hüquqi sənədlərə əsasən, “Tunel-Metro İnşaat” MMC-nin qanuni təmsilçisi Şövqi Seyfullayev Xalid oğludur.

Layihə çərçivəsində müxtəlif yaşayış massivlərində yerləşən mənzillərin, fərdi evlərin və ictimai dəhlizlərin əsaslı təmiri nəzərdə tutulur.