“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” 20 qəpiklik şirkəti 219 min manatlıq tenderdə qalib etdibackend

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” 20 qəpiklik şirkəti 219 min manatlıq tenderdə qalib etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi şlyuzların əsaslı təmiri üçün lazım olan mal-materialın alınması və quraşdırılması ilə bağlı tenderin qalibini açıqlayıb.

Müsabiqənin qalibi “AZELMAŞ” Elmi-Texniki Firması olub.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki,qurumla şirkət arasında 218 min 921 manat 86 qəpiklik müqavilənin bağlanacağı gözlənilir.

Məlumat üçün qeyd edək ki, qalib şirkətin nizamnamə kapitalı cəmi 20 qəpikdir. Onun qanuni təmsilçisi Araz Qurbanlı Rafiq oğludur.

Xatırladaq ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin külli miqdarda – 23 milyon 601 min 41 manat 05 qəpik vergi borcu var. Hazırda qurumun İdarə Heyətinə rəhbərlik müvəqqəti olaraq Tahir Xəlilova həvalə olunub.