Ağstafa Su Meliorasiya Sistemləri İstismarı İdarəsi ehtiyat hissələrinin alınması ilə bağlı tenderin qalibini açıqlayıb
Ağstafa Su Meliorasiya Sistemləri İstismarı İdarəsi avtonəqliyyat və xüsusi texnika vasitələrinin cari təmiri üçün ehtiyat hissələrinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi ilə müqavilə imzalayıb.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki,tenderin qalibi Kamil Əlişiraz oğlu Qurbanov ilə idarə arasında imzalanmış müqavilənin dəyəri 39.891,67 manat təşkil edir.
Əldə etdiyimiz figər əsas məlumata görə, Kamil Qurbanova qarşı daha əvvəl operativ vergi nəzarəti çərçivəsində iki maliyyə sanksiyası tətbiq edilib. Belə ki, pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması, habelə malların Vergi Məcəlləsində nəzərdə tutulan qaydada sənədləşdirilməməsi ilə bağlı tərtib olunmuş AKT-a əsasən ona 514 manat, əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə isə 1000 manat məbləğində cərimə tətbiq olunub.
Qeyd edək ki, Ağstafa Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi Fərid Eyyubovdur.
Xatırladaq ki, sözügedən idarə Zaur Mikayılovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strukturuna daxildir.