Ermənistana qaz nəqli müvəqqəti olaraq dayandırılacaq. Buna səbəb Gürcüstan ərazisində fövqəladə bərpa işlərinin aparılması zərurətidir.
NOCOMMENT.az-ın “Sputnik Ermənistan”a istinadən xəbərinə görə, bu barədə “Qazprom Ermənistan” şirkətindən məlumat verilib.
“İşlər “Qırmızı Körpü-Sevkar-Berd” tranzit magistral qaz kəmərində aparılacaq, bununla əlaqədar avqustun 22-si səhər saat 6:00-dan etibarən qaz tədarükü 24 saat müddətinə dayandırılacaq”, – deyə məlumatda bildirilib.
Həmçinin qeyd edilib ki, istehlakçıların qaz təchizatı daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü sayəsində təmin olunacaq.\\Bakupost.az