Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putin və Vladimir Zelenski arasında görüş üçün yer verməyə hazır olduğunu bildirib.
NOCOMMENT.az bildirir ki, bu barədə BELTA xəbər verir.
Jurnalistlərlə söhbətində Lukaşenko etiraf edib ki, o, Minski Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar aparmaq üçün ideal yer hesab edir, lakin orada Putinlə Zelenski arasında görüş təşkil etmək istəmir. Onun sözlərinə görə, Rusiya və Ukrayna tərəfləri razılaşsalar və gəlmək qərarına gəlsələr, Belarusda “sabah hər şey lazımi səviyyədə təşkil olunacaq”.