Son bir ay ərzində NATO ölkələri ABŞ-dan silah alıblar və artıq Kiyevə 1,5 milyard dollarlıq silah veriblər və bunu davam etdirmək niyyətindədirlər.
NOCOMMENT.az bildirir ki, bunu NATO-nun baş katibi Mark Rutte Kiyevdə Vladimir Zelenski ilə keçirdiyi mətbuat konfransında deyib.
Rutte söz verib: “ABŞ NATO-nun pulundan istifadə etməklə artıq son bir ayda Ukraynaya 1,5 milyard dollar dəyərində öldürücü silah verib və daha çox olacaq”.
O vurğulayıb ki, hərbi əməliyyatlar dayandırıldıqdan sonra NATO ölkələri Ukrayna Silahlı Qüvvələrinin sayını artırmaq və Kiyevin nəzarətində qalan ərazilərdə yeni hərbi istehsal müəssisələri yerləşdirmək istəyir.