HƏMAS: BMT-nin aclıq hesabatı İsrailə təzyiq vasitəsi olmalıdırbackend

HƏMAS: BMT-nin aclıq hesabatı İsrailə təzyiq vasitəsi olmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin Qəzza sektorunda aclıqla bağlı hesabatı beynəlxalq ictimaiyyətin İsrailə təzyiq göstərməsi və humanitar blokadanın aradan qaldırılması üçün təsirli olmalıdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Fələstin HƏMAS hərəkatının siyasi büro üzvü Basim Naim bildirib.

“IPC (İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı ) hesabatı son dərəcə vacibdir və beynəlxalq səviyyədə təxirəsalınmaz addımlar tələb edir. <…> Bu, İsraili işğalçı qüvvə kimi öhdəliklərini yerinə yetirməyə və sakinlərin humanitar yardımla təmin olunması üçün sərhəd-keçid məntəqələrini açmağa məcbur etməlidir”, – deyə o vurğulayıb.