Ukraynalıların əksəriyyəti sülh üçün əsirlərin geri qaytarılmasını və dövlətçiliyin qorunmasını istəyirbackend

Ukraynalıların əksəriyyəti sülh üçün əsirlərin geri qaytarılmasını və dövlətçiliyin qorunmasını istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynalıların əksəriyyəti Rusiyayla münaqişənin bitməsini əsir və deportasiya olunmuş şəxslərin geri qaytarılması, eləcə də Ukrayna dövlətçiliyinin qorunması şərti ilə qəbul etməyə hazırdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna “Demokratik təşəbbüslər” fondu tərəfindən aparılan sorğunun nəticələri göstərir.

Sorğu iştirakçıları bir neçə variantı seçmək imkanına malik idilər. Onlar sülhün təmin olunması üçün vacib hesab etdikləri şərtləri açıqlayıblar: 37% respondent bütün deportasiya olunmuş və əsirlərin geri qaytarılmasını vacib hesab edib, 31% isə Ukrayna dövlətçiliyinin qorunmasını əsas şərt kimi göstərib. Eyni zamanda, 1991-ci ilin sərhədlərinin – o cümlədən Krımın – geri qaytarılmasını yalnız 27% respondent dəstəkləyib.

Rusiyanın aktivlərinin müsadirəsini yalnız 12%, Rusiyaya qarşı sanksiyaların saxlanmasını isə 11% respondent dəstəkləyib.

Sorğu 12–18 avqust tarixlərində keçirilib və 2002 respondent iştirak edib. Statistiki səhv payı 2,3%-dən çox deyil.