Lukaşenko: Məhbusların azad olunması ilə bağlı danışıqlar yalnız ABŞ-la aparılırbackend

Lukaşenko: Məhbusların azad olunması ilə bağlı danışıqlar yalnız ABŞ-la aparılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, bəzi məhbusların azad olunması ilə bağlı danışıqlar yalnız ABŞ-la aparılır, ölkə xaricində yaşayan Belarus müxalifət nümayəndələri ilə deyil.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı BelTA yayıb.

“Amerikalılara dərhal xəbərdarlıq etdim: siz qaçqınlarımızla əlbir olub burada nəyisə həyata keçirməyə başlayanda, biz dərhal bütün danışıqları dayandıracağıq”, – Lukaşenko deyib.

Belarus lideri vurğulayıb ki, ölkəni tərk etmiş müxalifətçilərin ABŞ-la məhbusların əfv olunması üzrə danışıqlarla heç bir əlaqəsi yoxdur.