ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenski bir-biri ilə o qədər də yaxşı anlaşmır.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərini Sky News telekanalı yayıb.
“Biz görəcəyik ki, Putin və Zelenski birlikdə işləyə biləcəklərmi. Bilirsiniz, bu, bir az yağla sirkə kimidir. Onlar məlum səbəblərə görə bir-biri ilə yaxşı yola getmirlər. Amma gözləyək və baxaq”, – ABŞ lideri vurğulayıb.