Golden Rose mağazalar şəbəkəsinin fəaliyyətində növbəti narazılıq gündəmə gəlib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, Günəş Səmədli alış-veriş zamanı ona təqdim edilən satış çekində məhsulun adının göstərilmədiyini bildirib.
Onun sözlərinə görə, mağaza işçiləri adətən müştəri çeki tələb etmədiyi halda təqdim etmir. Bu dəfə isə çek paketin içinə qoyulub, lakin diqqətlə baxıldıqda orada məhsul adı yerinə sadəcə “Sərbəst satış” qeyd edildiyi ortaya çıxıb.
Günəş Səmədli bildirib ki, bu hal ƏDV ödənişində şəffaflığı şübhə altına salır:
“Mağazalar hər zaman çeki istəməyənə kimi vermir. Bu dəfə tez atdı paketin içinə, baxmadım, amma düşündüm ki, nə əcəb istəmədən çeki verdi. Sən demə bu da yeni variant imiş. Məhsulun adı yoxdur deyə ƏDV-si yoxdur”.
Qeyd edək ki, qanunvericiliyə əsasən, kassa çeklərində məhsulun adı, sayı, qiyməti və ƏDV məbləği açıq şəkildə göstərilməlidir.
Ayaz