“FERMA ART BULVAR” Məhdud Məsuliyyətli Cəmiyyəti (FERMA ART restoranlar şəbəkəsinin BULVAR filialı) operativ vergi nəzarəti zamanı qanun pozuntusuna yol verdiyi üçün cərimələnib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin apardığı yoxlama nəticəsində Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmadığı aşkar edilib. Faktla bağlı tərtib edilmiş AKT-a əsasən, müəssisəyə 1000 (min) manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.
Qeyd edək ki, şirkətin nizamnamə kapitalı cəmi 20 manat təşkil edir. “FERMA ART BULVAR” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, İslam Səfərli küçəsi, ev 3-də yerləşir. Cəmiyyətin qanuni təmsilçisi isə Sənan Əsədov Nazim oğludur.