Qalib MMC-nin kapitalı cəmi 50 Manat – Kino Agentliyi 43 minlik müqavilə bağladıbackend

Qalib MMC-nin kapitalı cəmi 50 Manat – Kino Agentliyi 43 minlik müqavilə bağladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cinemedia” MMC Kino Agentliyindən 43 min manatlıq müqavilə aldı

Azərbaycan Respublikasının Kino Agentliyi publik hüquqi şəxsi ilə “Cinemedia” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 43.365 manat dəyərində müqavilə imzalanıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, müqavilə “2025-ci il üzrə filmlərə dəstək müsabiqəsi” çərçivəsində post-prodakşn (post-production) mərhələsində olan filmlərlə bağlı xidmətləri əhatə edir.

“Cinemedia” MMC-nin nizamnamə kapitalı cəmi 50 manat təşkil edir. Qanuni təmsilçisi rejissor Ayşad Səfərəliyev Elşən oğludur.

Layihənin dəqiq məzmunu və hansı film(lər)ə aid olduğu barədə əlavə məlumat açıqlanmayıb.