“Dövlət Məşğulluq Agentliyi” publik hüquqi şəxsi tərəfindən “Azərbaycan Karyera İnkişaf Forumu 2025” və “Naxçıvan Karyera Forumu 2025”in təşkili xidmətlərinin satın alınması üzrə elan edilmiş tenderin qalibi “RR Travel Company” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tərəflər arasında bağlanacağı gözlənilən müqavilənin ümumi məbləği 244,938.5 AZN təşkil edir.
Tender çərçivəsində forumun rəsmi qonaqları üçün brendinqə uyğun plastik ad lövhələrinin (290×110 mm) hazırlanması və daxili kağızların çapı, Bakıda aparıcının dəvət olunması, çap və promo materialların hazırlanması, tədbirin kommunikasiya planının qurulması və marketinq fəaliyyətlərinin icra edilməsi, sosial media marketinq xidmətləri, spiker, iştirakçı və influenserlərlə tədbirin PR işlərinin təşkili, tədbirin veb-saytının yenilənməsi və Naxçıvanda sinxron tərcümə xidmətlərinin göstərilməsi nəzərdə tutulur.
Qeyd edək ki, tenderin qalibi olan “RR Travel Company” MMC-nin nizamnamə kapitalı cəmi 10 manatdır və şirkətin qanuni təmsilçisi Günəş Şirvanskaya Yəhya qızıdır.
Xatırladaq ki, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevdir.