“Azərbaycan Turizm Bürosu” publik hüquqi şəxsi informasiya texnologiyaları avadanlıqları və proqram təminatları üzrə lisenziyaların satın alınması ilə bağlı prosesə başlayıb.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 186.643,50 manat təşkil edir.
Məlumata görə, satınalma çərçivəsində həm avadanlıqlar, həm də müvafiq proqram təminatı üzrə lisenziyaların əldə olunması nəzərdə tutulur.