“Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” (ANAMA) xəbərdaredici (maarifləndirici) lövhələrin quraşdırılması işləri ilə bağlı satınalma proseduruna başlayıb.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, layihənin ehtimal olunan dəyəri 679.648,75 manat təşkil edir.
Texniki sənədlərə əsasən, quraşdırma işləri çərçivəsində 3500 mm uzunluğunda, 75 mm diametrli və 3,5 mm divar qalınlığında qara metal borulardan istifadə olunacaq. Həmçinin ölçüsü 180×120 sm olan maarifləndirici lövhələrin quraşdırılması, betonlama və armatur işlərinin görülməsi planlaşdırılır.