İran prezidenti Məsud Pezeşkian Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Tehranın dinc nüvə enerjisini inkişaf etdirmək üçün ayrılmaz hüququ məsələsində Rusiya Federasiyasına verdiyi dəstəyə görə təşəkkür edib.
NOCOMMENT.az bildirir ki, bu barədə TASS məlumat yayıb.
İran prezidentinin mətbuat xidmətinin verdiyi məlumata görə, Pezeşkian “Rusiya hökumətinə İran İslam Respublikasının uranı zənginləşdirmək hüququ ilə bağlı mövqeyinə görə təşəkkür edərək” deyib: “İran özünün fundamental əqidəsinə və müdafiə doktrinasına əsaslanaraq, heç vaxt nüvə silahı yaratmağa çalışmayıb, buna cəhd göstərmir və çalışmayacaq”.