Azərbaycan müdafiə nazirinin müşaviri, ordu generalı Bəxtiyar Ersay yeni işinin icrası ilə əlaqədar Azərbaycandakı vəzifəsindən gedib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, o, Türkiyə Prezidentinin sərəncamı ilə Azərbaycan Müdafiə Nazirliyindəki vəzifəsindən azad edilib.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Azərbaycan müdafiə nazirinin müşaviri, ordu generalı Bəxtiyar Ersay Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının Birinci Ordusunun komandanı təyin olunub. O, bir müddət əvvəl səlahiyyətlərinin icrasına başlayıb.
Xatırladaq ki, Bəxtiyar Ersay 2021-ci ildən Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun komandanı kimi xidmətə başlayıb. O, 2022-ci ildə Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilib.