Ukraynaya yardım üzrə təmas qrupunun növbəti görüşü (Ramşteyn formatı) sentyabrın 9-da Londonda keçiriləcək.
NOCOMMENT.az bildirir ki, bu barədə TASS-a Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi məlumat verib.
“Təsdiq edə bilərəm ki, Ukrayna üzrə təmas qrupunun növbəti görüşü sentyabrın 9-da Londonda baş tutacaq”, – o qeyd edib.
İyun və iyul aylarında təmas qrupunun iki iclası ABŞ müdafiə naziri Pit Heqsetin iştirakı olmadan keçirilib.