Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayına komandir əvəzi təyin edilib.
NOCOMMENT.az qaynarinfo-ya istinadən xəbər verir ki, müvafiq əmrlə sözügedən vəzifə Vüqar Novruzova tapşırılıb.
Vüqar Novruzov, həmçinin Penitensiar Xidmətin Mühafizə Alayının Qərargah rəisidir.
Qeyd edək ki, bu il avqust ayının 6-da Penitensiar Xidmətin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov iş başında infarkt keçirib və xəstəxanada vəfat edib.