Bəzi ölkələrin istədiyi kimi Rusiyanın suveren aktivlərinin müsadirəsi asan məsələ deyil və sistemli nəticələr verə bilər.
NOCOMMENT.az bildirir ki, bunu Berlində Almaniya kansleri Fridrix Merzlə birgə mətbuat konfransında Belçikanın baş naziri Bart De Vever deyib.
Rusiya Mərkəzi Bankının aktivlərinin “hüquqi baxımdan toxunulmaz olduğunu” qeyd edən o, “Mən bilirəm ki, bu vəsaitlərin müsadirə edilməsinin mümkünlüyünü xəyal edən hökumətlər var, lakin mən buna qarşı xəbərdarlıq etmək istərdim. Bu, hüquqi baxımdan asan deyil”. De Wever vurğuladı ki, əgər Avropa suveren vəsaitləri müsadirə etmək üçün siyasi qərar qəbul edə biləcəyini dünyaya siqnal verərsə, o zaman bunun “nəticələri olacaq” və digər ölkələr onları Aİ-dən çıxaracaq. “Bunun sistemli nəticələri olacaq və hüquqi baxımdan təhlükəlidir”, – baş nazir əlavə edib.
De Vever, “Sonda, sülh danışıqları gedəndə, düşünürəm ki, hər şey müzakirə oluna bilər. Amma o vaxta qədər, məncə, vəziyyəti bugünkü kimi saxlamaq ağıllı olardı”.