Onun adı Novqorodun tarixində qalacaq – Mixail Prusak vəfat etdibackend

Onun adı Novqorodun tarixində qalacaq – Mixail Prusak vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Novqorod vilayətinin sabiq qubernatoru Mixail Prusak 66 yaşında vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə vilayətin rəhbərinin vəzifələrini icra edən Aleksandr Dronov öz Telegram kanalında məlumat verib.

“Novqorod vilayəti hökuməti adından və şəxsən öz adımdan Mixail Mixayloviç Prusakın doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, – Dronov yazıb.

O, Prusakın həmişə bölgənin maraqlarını müdafiə etdiyini, rəhbərlik etdiyi illərdə məsuliyyəti üzərinə götürməkdən çəkinmədiyini və bəzən qeyri-populyar qərarlar qəbul etməklə vilayətin inkişafında mühüm addımlar atılmasına şərait yaratdığını vurğulayıb.

Mixail Prusak 1996–2007-ci illərdə Novqorod vilayətinin qubernatoru olub. Müxtəlif illərdə o, həmçinin Rusiya Federasiya Şurasının üzvü, Avropa Şurası Parlament Assambleyasının sədr müavini və Avropa Şurası ilə bağlı Hökumətlərarası Komissiyanın üzvü kimi fəaliyyət göstərib.