Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Ordubad şəhərində yerləşən “Mədrəsə” tarix-memarlıq abidəsinin bərpası üzrə layihə-smeta sənədlərinin hazırlanması üçün 89.034,07 manat ayrılıb.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalma müsabiqəsinin qalibi “BİMD” Qapalı Səhmdar Cəmiyyəti olub.
Maraq doğuran məqam isə odur ki, bu məbləğ hələ abidənin fiziki bərpası üçün deyil, sadəcə sənədlərin və layihələrin hazırlanması üçün nəzərdə tutulub. Yəni təmirin özündən əvvəl görüləcək “kağız işləri”nin dəyəri 89 min manata başa gələcək.
Hazırlanacaq sənədlər və xidmətlərə aşağıdakılar daxildir:
İnteryer dizaynı və daxili tərtibat (Eskiz – vizual 3D görüntülər)
Topoqrafiya və geologiya işləri
Tikinti və bərpa üzrə ümumi izahat yazısı
Ekoloji hesabat (Ekologiya bölməsi)
Smeta sənədləri (lokal və toplu)
Qüsur və müayinə aktları, texniki rəy
Mühəndis-kommunikasiya layihələri (su, kanalizasiya, elektrik, kamera sistemləri və s.)
Abadlaşdırma və landşaft tərtibatı
Konstruksiya və gücləndirmə planları
Memarlıq üzrə işçi layihə