ABŞ hakimiyyəti Braziliyanın ədliyyə naziri Rikardo Levandovskinin ölkəyə giriş vizasını ləğv edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə respublikanın prezidenti Luis Inasiu Lula da Silva bildirib.
Lula da Silva hökumətin iclasında çıxışı zamanı Vaşinqtonun bu qərarını məsuliyyətsiz və qəbuledilməz adlandırıb. Onun sözlərinə görə, bu addım yalnız nazirə deyil, həm də Ali Federal Məhkəmənin hakimlərinə və ya Braziliyanın digər vəzifəli şəxslərinə qarşı da yolverilməzdir.