Ağcabədi rayonunda yanacaqdoldurma məntəqəsi yanıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Təzəkənd kəndində, Mingəçevir – Bəhramtəpə magistral yolu üzərindəki məntəqədə baş verib.
Əraziyə FHN-nin Ağcabədi rayon yanğınsöndürən bölməsinin əməkdaşları cəlb edilib və yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.\\Bakupost.az