Yevlaxda dəhşətli qəza – Yaralılar var – Fotobackend

Yevlaxda dəhşətli qəza – Yaralılar var – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza ötən gecə Yevlax şəhər ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini Kamran Orucov idarə etdiyi “VAZ” 2107 markalı 10 RL 646 dövlət nömrəli avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.
Nəticədə sürücü və avtomobildə olan sərnişinlər xəsarət alaraq Yevlax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar avqustun 27-si saat 01:50 radələrində 4 nəfər (hər biri kişi cinsli) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbələrdə müalicələri davam etdirilir, 3 nəfərin vəziyyəti ağır, 1 nəfərin vəziyyəti isə stabildir.
Bakupost.az