ABŞ və Çin arasında yüksək səviyyəli ticarət danışıqlarının növbəti mərhələsi oktyabrın sonu və ya noyabrın əvvəlində baş tuta bilər.
NOCOMMENT.az xəbər verir ki, ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib.
“Oktyabrın sonu və ya noyabrın əvvəlində çinli həmkarım, baş nazirin müavini He Lifeng ilə yenidən görüşəcəyimi gözləyirəm”, – o, Fox Business-ə müsahibəsində deyib.
Bessent həmçinin bildirib ki, Çin ticarət nazirinin müavini Li Çenqanqın bu həftə Vaşinqtona səfəri texniki xarakter daşıyacaq və “davam edən ticarət danışıqları ilə bağlı olmayacaq”.
Bessent və He Lifeng sonuncu dəfə iyulun sonunda Stokholmda görüşüblər. Görüşün yekunları üzrə tərəflər yüksək gömrük rüsumlarının tətbiqini daha üç ay təxirə salmaq barədə razılığa gəliblər.