Böyük Britaniya, Almaniya və Fransa avqustun 28-də İrana qarşı sanksiyaların bərpası prosesini başlada bilərlər.
NOCOMMENT.az xəbər verir ki, иu barədə Reuters mənbələrə istinadən məlumat yayıb.
Qərarın Tehranın nüvə proqramı ilə bağlı danışıqların uğursuzluqla nəticələnməsi fonunda qəbul edilə biləcəyi bildirilir.
Məlumata görə, bu ölkələrin hakimiyyətləri qərar barədə BMT Təhlükəsizlik Şurasını yazılı şəkildə məlumatlandırmağı planlaşdırır. Mənbənin qeyd etdiyinə görə, İranın maliyyə, bank, energetika və müdafiə sektorlarına qarşı sanksiyalar bundan 30 gün sonra bərpa olunacaq.