Ukrayna hücumu şəhərin iki küçəsini işıqsız qoydubackend

Ukrayna hücumu şəhərin iki küçəsini işıqsız qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Zaporojye vilayətinin Kamenka-Dneprovsk şəhərinə ən azı səkkiz artilleriya zərbəsi endirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS-a Kamenka-Dneprovsk bələdiyyə dairəsinin administrasiyasından məlumat verilib.

“Zərbələr nəticəsində bir yaşayış evi qismən dağılıb. Xoşbəxtlikdən, insident zamanı xəsarət alan olmayıb”, – administrasiyadan bildirilib.

Həmçinin qeyd olunub ki, hücum nəticəsində şəhərin iki küçəsi işıqsız qalıb.