Sabiq nazirin ailə şirkəti bu 212 min manatlıq müqavilə bağlayıbbackend

Sabiq nazirin ailə şirkəti bu 212 min manatlıq müqavilə bağlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti öz server və kameralarla təchiz olunması üçün avadanlıqların satın alınması üzrə “Ata Texnologiya” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, müqavilənin ümumi məbləği 211.818,26 AZN təşkil edir.

“ATA Texnologiya” MMC 15 oktyabr 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, ev 102-də yerləşir. Nizamnamə kapitalı 100.000 manat olan şirkətin qanuni təmsilçisi Yusifov Mais Əmir oğludur.

Qeyd edək ki, “ATA Texnologiya” MMC-nin təsisçisi “ATA Holdinq”dir. Şirkətin rəsmi veb-səhifəsində də bu əlaqə açıq şəkildə göstərilib. “ATA Holdinq” isə uzun illər Azərbaycanın vergilər naziri olmuş, 2022-ci ildə vəfat edən Fazil Məmmədovun şirkəti kimi tanınır.

Fazil Məmmədov 2000–2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb. O, 2022-ci ildə dünyasını dəyişib.