PLA: Pekin hərbi paradına hazırlıq başa çatıbbackend

PLA: Pekin hərbi paradına hazırlıq başa çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yapon təcavüzünə qarşı Çin Xalq Müqavimət Müharibəsində və Ümumdünya Antifaşist Müharibəsində Qələbənin 80 illiyi münasibətilə Pekinin Tiananmen meydanında keçiriləcək hərbi parada hazırlıq əsasən başa çatıb.

NOCOMMENT.az bildirir ki, bu barədə brifinqdə hərbi paradın keçirilməsi üzrə aparıcı işçi qrupunun rəis müavini, ÇXR Mərkəzi Hərbi Komissiyasının Birləşmiş Qərargahının əməliyyat şöbəsinin rəis müavini general-mayor Vu Zeke bildirib.

“İndiyədək Tiananmen meydanı ərazisində artıq üç məşq keçirilib və gözlənilən nəticələr əldə olunub. Bütün parad iştirakçıları enerji və yüksək əhval-ruhiyyə ilə doludur, texnika və silahlar əla vəziyyətdədir. Hərbi parada hazırlıq əsasən başa çatıb və geriyə sayma başlanıb”, – o deyib.

Sentyabrın 3-də Pekində Rusiya prezidenti Vladimir Putin, Çin sədri Si Cinpin və digər ölkələrin liderlərinin iştirakı ilə genişmiqyaslı parad keçiriləcək . Mərasim 70 dəqiqə davam edəcək və bu müddət ərzində Çin Xalq Azadlıq Ordusu ənənəvi qoşunları və silahlı qüvvələrin yeni qollarını – 45 ekipajı, qabaqcıl raket texnologiyalarını, tankları, təyyarələri və milli istehsal olan pilotsuz sistemləri təqdim edəcək. 1949-cu ildən, yəni Xalq Cümhuriyyətinin yarandığı vaxtdan Çin hakimiyyəti mərkəzi Tiananmen meydanında belə tədbirlər keçirir. 15 minə yaxın insanın iştirak etdiyi belə tədbir sonuncu dəfə 2019-cu il oktyabrın 1-də Xalq Cümhuriyyətinin yaranmasının 70 illiyi şərəfinə baş tutub.