Sabirabadda iki nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə iki VAZ-2107 markalı avtomobilin toqquşması nəticəsində baş verib.
Hadisə nəticəsində sürücülərdən biri – Rəhim Əliyev və onun azyaşlı nəvəsi həlak olublar.
Digər avtomobilin sürücüsü və üç sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.\\KONKRET.az