DİQQƏT: Bu halda təklif olunan kompensasiyanı götürüb evdən çıxmalısınızbackend

DİQQƏT: Bu halda təklif olunan kompensasiyanı götürüb evdən çıxmalısınız

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının daha iki rayonunda istismar müddəti bitmiş qəzalı binaların söküntüsü nəzərdə tutulur. Maraqlıdır, bu zaman sakinlər təklif edilən kompensasiyanı qəbul etməsə, hansı hüquqi mexanizmlər işə düşür?

NOCOMMENT.az bildirir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Tağı Hüseynov bildirib ki, əgər söküntü dövlət ehtiyacları ilə bağlıdırsa və ya bina qəzalı vəziyyətdədirsə, vətəndaşların razılığı olmadan da köçürülməsi mümkündür:

Hüquqşünas Tağı Hüseynov: "Qadın corabımı geydirməli, ayaqqabımı  təmizləməlidir" Pravda.az

“Dövlət hər zona üçün müəyyən olunan kompensasiya məbləğini ödəyir və bu halda vətəndaşı məcburi qaydada çıxarmaq hüququna malikdir. Vətəndaş pulu qəbul etməsə də, onun adına bank hesabı açılır və vəsait həmin hesaba köçürülür. Daha sonra vətəndaşın köçürülməsi məhkəmə qərarı əsasında icra olunur və bu prosesdə məhkəmə icraçıları iştirak edir”.

Hüquqşünasın sözlərinə görə, yalnız tikinti şirkətləri və ya MMC-lər tərəfindən həyata keçirilən layihələrdə vətəndaşların razılığı mütləqdir:

“Əgər ərazidə yeni bina tikmək istəyən MTK və ya MMC-dirsə, burada yalnız könüllülük prinsipi işləyir. Vətəndaş razılaşmadıqda, heç bir məcburi mexanizm tətbiq oluna bilməz. Şirkət mütləq vətəndaşı razı salmalıdır”.

Beləliklə, dövlət marağı olduqda vətəndaş məhkəmə qərarı ilə məcburi şəkildə köçürülə bilər, lakin özəl tikinti şirkətlərinin layihələrində yalnız razılıq əsasında söküntü həyata keçirilir.