Qətərin baş naziri: İsrailin Suriya və Livandakı hərəkətləri regional sabitliyi təhdid edirbackend

Qətərin baş naziri: İsrailin Suriya və Livandakı hərəkətləri regional sabitliyi təhdid edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani İsrailin Suriya və Livandakı hərəkətlərini məsuliyyətsiz adlandırıb və bunun regionda sabitliyin pozulmasına gətirib çıxara biləcəyini qeyd edib.

NOCOMMENT.az bildirir ki, “Biz regionda, xüsusilə Livan, Suriya və Sudanda bir sıra qeyri-sabitlik ocaqlarına həll yolları tapmağa çalışırıq. Xüsusilə Livan və Suriyada İsrailin regional sabitliyi təhdid edən məsuliyyətsiz hərəkətlərini görürük”, – o, Misirin xarici işlər naziri Bədr Abdel Ata ilə yüksək səviyyəli ikitərəfli komissiyanın iclası çərçivəsində keçirilən görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Şeyx Məhəmmədin qeyd etdiyi kimi, tərəflər İranın nüvə proqramı ətrafında vəziyyəti də müzakirə ediblər. “Bu, regionun bütün ölkələri üçün son dərəcə vacib məsələdir, diplomatik yollarla həll edilməlidir”, – o, davam edib.

2024-cü ilin sonunda Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra İsrail Qolan təpələrindəki Hermon dağ silsiləsinin Suriya tərəfinə nəzarəti ələ keçirərək respublikanın hərbi obyektlərinə zərbələr endirməyə başlayıb. Avqustun 27-də “Şam TV” telekanalı xəbər verib ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Dəməşqin qərbindəki əl-Kisvah bölgəsində Suriya qüvvələrinin qərargahına hücum edərək, azı 6 raket atıb.

İsrail ordusu həmçinin 27 noyabr 2024-cü ildə qüvvəyə minən atəşkəs razılaşmasına baxmayaraq, Livanın şiə hərəkatı Hizbullahın mövqelərini atəşə tutmaqda davam edir. Respublikanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail ilin əvvəlindən bəri Livan ərazisinə 4000-dən çox hücum həyata keçirib. Bu hücumlar və atəşlər nəticəsində 239 nəfər həlak olub, 500-dən çox insan yaralanıb.