Ukrayna ordusunun Starokonstantinov hava bazasına raket zərbəsibackend

Ukrayna ordusunun Starokonstantinov hava bazasına raket zərbəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya qoşunları Ukrayna ordusunun Starokonstantinovdakı hava bazasına hücum edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Dnevnik Desantnika” Telegram kanalı mənbəyə istinadla məlumat verib.

“Zərbə düşmənin aviasiya sursatları və komponentləri olan İl-76-MD təyyarəsi aerodroma gəldikdən sonra həyata keçirilib”, – məlumatda deyilir.

Telekanalın məlumatına görə, Rusiyanın “Kinjal” raketləri sursat anbarlarını məhv edib, üç təyyarəni sıradan çıxarıb, yüklərin daşınması və aerodroma xidmət üçün nəzərdə tutulmuş avadanlıqları sıradan çıxarıb.