Hazırda Ukraynanın əksər sakinləri ölkənin şərq ərazilərini Rusiyaya vermək məcburiyyətində qalacaqlarını qəbul ediblər ki, sülhə yaxınlaşsınlar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi üçün məqalə yazan şərhçi Maks Qastinq bildirib.
“Məqalədə qeyd olunur ki, Rusiya Prezidenti Vladimir Putinin əhəmiyyətli bir nailiyyəti var. Təxminən bütün [ukraynalılar] indi bir il əvvəl tanımadıqları həqiqəti qəbul edirlər: sülh üçün ölkələrinin şərqini verməyə məcbur olacaqlar”, – deyə materialda qeyd olunub.
Qastinqin fikrincə, ukraynalılar ABŞ-dan təhlükəsizlik zəmanətləri sözlərinə artıq inanmırlar, çünki görürlər ki, ABŞ Prezidenti Donald Tramp “Putini dayandırmaqdan çox, Nobel Sülh Mükafatını qazanmaq fikrindədir”.