ABŞ Prezidenti Donald Tramp bildirib ki, Hindistan Amerika mallarına tətbiq etdiyi rüsumları demək olar sıfıra endirməyi təklif edib, lakin onun fikrincə, “bunu çox illər əvvəl etmək lazım idi”.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Truth Social sosial şəbəkəsində yazıb.
Tramp qeyd edib ki, “indi artıq gecdir”.
“İndiyə qədər Hindistan bizdən belə yüksək rüsumlar alırdı ki, ABŞ şirkətləri öz məhsullarını oraya sata bilmirdi. İndi onlar rüsumları tamamilə endirməyi təklif edirlər, amma artıq gecdir”, – deyə Tramp yazıb.
Amerika lideri Hindistanla ABŞ arasındakı ticarət münasibətlərini “tərəfkeş” adlandırıb, çünki Nyu-Dehli Vaşinqtona “nəhəng həcmdə məhsul” göndərir, amma az alır.