Səhərlər tez-tez yeyilən bulka, dadlı olsa da sağlamlıq üçün ciddi risklər daşıyır.
NOCOMMENT.az pravda.az-a istinadən bildirir ki, xüsusilə mağazalardan alınan bulkaların tərkibində çoxlu miqdarda margarin olur və bu da ürək-damar xəstəliklərinə yol aça bilər.
Bundan başqa, isti-isti yeyilən bulka mədə problemlərinə, həddindən artıq istehlak isə bağırsaq fəaliyyətinin zəifləməsinə səbəb ola bilər.
Bulka həmçinin xolesterolu yüksəldir və uşaqların inkişaf dövründə hiperaktivlik, diqqət əskikliyi kimi problemlərə gətirib çıxara bilər.
Mütəxəssislər gündəlik qidalanmada bulkanın azaldılmasını, xüsusilə uşaqların menyusunda yer almamasını tövsiyə edir.