Kreml Ukraynadakı Çin qoşunları ilə bağlı sualı cavablandırıbbackend

Kreml Ukraynadakı Çin qoşunları ilə bağlı sualı cavablandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov Rusiya prezidenti Vladimir Putin və Çinin sədri Si Tszinpin danışıqları zamanı Ukraynaya Çin qoşunlarının yerləşdirilməsi məsələsini müzakirə etməyiblər.

NOCOMMENT.az bu barədə TASS-a istinadən xəbər verir.

O, məsələ ilə bağlı sualı cavablandırarkən “Bu barədə ümumiyyətlə heç bir müzakirə olmayıb” deyib.

Daha əvvəl Welt am Sonntag nəşri Çin hökumət dairələrindəki mənbələrə istinadən xəbər vermişdi ki, Pekin Ukraynaya sülhməramlı qüvvələrini göndərməyə hazırdır, əgər onların yerləşdirilməsi Birləşmiş Millətlər Təşkilatının mandatı əsasında həyata keçirilərsə .

Nəşrə cavab olaraq Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib ki, Pekin gələcək təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynaya sülhməramlılar göndərməyi planlaşdırmır.