Şərur Rayon İcra Hakimiyyəti “BİMD” QSC-yə 147 min manat köçürür – Şirkətlə bağlı ilginc məlumatlarbackend

Şərur Rayon İcra Hakimiyyəti “BİMD” QSC-yə 147 min manat köçürür – Şirkətlə bağlı ilginc məlumatlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şərur Rayon İcra Hakimiyyəti tabeliyindəki qurumların layihələndirmə işləri üçün “BİMD” Qapalı Səhmdar Cəmiyyəti ilə iki müqavilə imzalayıb. 79 min 60 manat dəyərindəki müqavilə icra hakimiyyətinə məxsus 6 inzibati binanın layihə-smeta sənədlərinin hazırlanmasını, 68 min 440 manatlıq digər müqavilə isə Şərur şəhərində 11 yaşayış binası və 2 inzibati bina üçün 6 mərkəzləşdirilmiş qazanxananın layihə-smeta sənədlərinin (BIM modeli əsasında) hazırlanmasını nəzərdə tutur.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, ümumilikdə 147 min 500 manatlıq dövlət vəsaiti “BİMD” QSC-yə ayrılıb.

Araşdırmamız zamanı əldə etdiyimi məlumata görə, “BİMD” 2018-ci ilin dekabrında 100 manat nizamnamə kapitalı ilə Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi yaradılıb və qanuni təmsilçisi Qarayev İlkin Malik oğlu olub. 2020-ci ilin noyabrında şirkət Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. 2024-cü ilin fevralında kapitalı 2000 manata qaldırılıb və qanuni təmsilçi vəzifəsinə Həbibova Vüsalə Əmirxan qızı təyin edilib. Sonradan yenidən İlkin Qarayev şirkətə rəhbərlik etsə də, 2024-cü ilin sentyabrından qanuni təmsilçi postu yenidən Vüsalə Həbibovaya keçib.

Qeyd edək ki, Şərur Rayon İcra Hakimiyyətinə hazırda Kamal Cəfərov rəhbərlik edir.