Qəbələ Rayon İcra Hakimiyyəti tabeliyindəki inzibati binanın isitmə-soyutma, havalandırma sistemi və elektrik generatorunun əsaslı təmiri üçün “Qəbələ İnşaat” MMC ilə müqavilə imzalayıb.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, müqavilənin dəyəri 10 min manatdır.
Qalib şirkət barədə 32gun.az-ın əldə etdiyi məlumata görə, “Qəbələ İnşaat” MMC Operativ Vergi Nəzarəti nəticəsində müxtəlif maliyyə sanksiyaları ilə üzləşib. Şirkətə tətbiq edilən cərimələr aşağıdakılardır:
Pul vəsaitinin uçotdan gizlədilməsi və malların qanuni qaimə-faktura əsasında alınmaması ilə bağlı 1.614,90 AZN
Eyni səbəbdən 200,40 AZN
Yenə eyni səbəbdən 249 AZN
Eyni qayda pozuntusu üçün 3.002,98 AZN
İşçilərlə əmək müqavilələrinin düzgün aparılmaması ilə bağlı 2.000 AZN
Beləliklə, şirkətin dövlət qarşısında ümumilikdə 6.067,28 AZN məbləğində maliyyə sanksiyası mövcuddur. Şirkətin nizamnamə kapitalı 200 manat, qanuni təmsilçisi isə Cavid Babayev Fizuli oğludur.
Xatırladaq ki, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevdir.