Aİ Qrenlandiyaya maliyyə dəstəyini iki dəfə artırmağı planlaşdırırbackend

Aİ Qrenlandiyaya maliyyə dəstəyini iki dəfə artırmağı planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyası 2028–2034-cü illəri əhatə edən yeddiillik büdcə layihəsində Qrenlandiya kimi dənizaşırı ərazilərə ayrılan maliyyə dəstəyini ikiqat artırmağı planlaşdırır.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, yeni büdcə çərçivəsində Qrenlandiyaya 530 milyon avro dəstək ayrılması nəzərdə tutulur ki, bu da mövcud dövrlə müqayisədə iki dəfədən çoxdur.

Ümumilikdə, Avropa İttifaqının icra orqanı 2028–2034-cü illərdə Aİ ilə əlaqəli 13 dənizaşırı ölkə və əraziyə, o cümlədən Fransız Polineziyasına təqribən 1 milyard avro dəstək ayrılmasını təklif edir.