Rusiya XİN: Şirkətlər sosial öhdəliklərini yerinə yetirməlidirlərbackend

Rusiya XİN: Şirkətlər sosial öhdəliklərini yerinə yetirməlidirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb şirkətləri məsuliyyətli şəkildə fəaliyyət göstərsə və Rusiya qanunvericiliyinə əməl etsə, yenidən Rusiya bazarına qayıda bilərlər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq departamentinin direktoru Dmitri Biriçevski Şərq İqtisadi Forumu-2025 çərçivəsində RİA Novosti-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya qanunlara riayət edən, sosial öhdəliklərini yerinə yetirən, istehsal və texnoloji həllərin lokallaşdırılmasına hazır olan məsuliyyətli şirkətlərin qayıdışında maraqlı ola bilər.

Biriçevski əlavə edib ki, ən çox maraq doğura biləcək sahə yüksək texnologiyalı sənaye sahələrində əməkdaşlıqdır.