KİV: Ukrayna və Rusiya arasında geniş bufer zonası yaradıla bilərbackend

KİV: Ukrayna və Rusiya arasında geniş bufer zonası yaradıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər Rusiya və Ukrayna arasında sülh sazişi əldə olunarsa, ABŞ yaradılması planlaşdırılan geniş bufer zonanın nəzarətini həyata keçirə biləcək əsas tərəf ola bilər.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Ukraynanı Rusiyadan qorumaq məqsədilə planlaşdırılan zona ABŞ daxil olmaqla Ukraynanın müttəfiqlərinin hərbi rəsmiləri tərəfindən müzakirə olunur.

Bildirilir ki, ABŞ texnoloji imkanlarına görə üstün olduğuna görə bu zonanın nəzarətində öncül rol oynayacaq.

Bu zonanın qorunması üçün isə Səudiyyə Ərəbistanı və ya hətta Banqladeş kimi NATO-ya daxil olmayan ölkələrin əsgərləri yerləşdirilə bilər. ABŞ əsgərləri isə Ukraynada yerləşdirilməyəcək.