Ramzan Kadırov növbəti könüllüləri xüsusi əməliyyat zonasına göndərdibackend

Ramzan Kadırov növbəti könüllüləri xüsusi əməliyyat zonasına göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan rəhbəri Ramzan Kadırov xüsusi hərbi əməliyyat zonasına növbəti könüllülər qrupunun göndərildiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, öz Telegram kanalında məlumat verib.

Bildirilib ki, könüllülərlə dolu xüsusi reys Qroznı Beynəlxalq Hava Limanından (Axmat-Hacı Kadırov adına) havaya qalxıb. Onlar Rusiya Müdafiə Nazirliyinin “Axmat” xüsusi təyinatlı dəstəsinin tərkibinə göndərilib. Qeyd olunur ki, döyüşçülərin bir çoxu üçün bu, ilk ezamiyyət deyil.

Könüllülərin yolasalma mərasiminə Çeçenistan hökumətinin sədri Maqomed Daudov rəhbərlik edib. O, döyüşçülərə tapşırıqları uğurla yerinə yetirməyi və salamat geri qayıtmağı arzulayıb.