Rusiya Müdafiə naziri Andrey Belousov Liviya Milli Ordusunun (LNA) Baş Qərargah rəisi Xaled Haftarla görüş keçirib. Görüşdə ikitərəfli əməkdaşlıq və Şimali Afrika regionundakı vəziyyət müzakirə olunub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə nazirliyin Telegram kanalı məlumat yayıb.
Belousov bildirib ki, danışıqlar zamanı Rusiya–Liviya əlaqələrinin aktual məsələləri və Şimali Afrikadakı vəziyyətin inkişaf perspektivləri müzakirə olunub.
O, Xaled Hafteri Baş Qərargah rəisi və general-polkovnik rütbəsi ilə təyin olunması münasibətilə təbrik edib, bunun Liviya müdafiə qabiliyyətinin gücləndirilməsinə verdiyi əhəmiyyətli töhfənin tanınması olduğunu vurğulayıb.
Bundan əlavə, Rusiya naziri Xaled Haftarın qardaşı Saddam Haftara LNA-da komandanın müavini və general-polkovnik rütbəsi ilə təyin olunması münasibətilə təbriklərini çatdırıb.