Girişində yerli əhəmiyyətli memarlıq abidəsi, 1908-ci ildə istifadəyə verilməsi, dövlət tərəfindən qorunmasını əks etdirən tablo var… İçərisi isə sökülüb tökülür…
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər paytaxtın Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi 68-70 ünvanında yerləşən binadandır.
Sakinlər iddia edirlər ki, 117 yaşlı bina artıq yaşanılası vəziyyətdə deyil.
Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, 117 yaşlı bina 3 mərtəbəli sözügedən bina tarixi memarlıq abidələrinin siyahisına salınıb. Binanın yük daşıyan divarlarının və digər konstruktiv elementlərinin qəzalı vəziyyətdə olması ilə bağlı vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər edilib. Bununla bağlı İcra Hakimiyyəti tərəfindən Fövqəladə Hallar Nazirliyinə müraciət olunub. Nazirliyin Tikintiyə Nəzarət Dövlət Agentliyi 2021-ci ildə binanı kəkin vəziyyətdə qəzalı olan tikili kimi qiymətləndirib. İcra Hakimiyyətindən o da qeyd edildi ki, aidiyyəti qurumlara bununla bağlı məlumat verilib. Bina tarixi mədəniyyət abidəsi olduğundan orada restavrasiya işlərinin görülməsi məqsədəuyğun qiymətləndirlməyib. Çünki bu aidiyyəti qurumlarla razılaşdırılmalıdır. Bununla bağlı da artıq səlahiyyətli qurumlara məlumat verilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.