“Mediland Hospital” da baş verən saxtakarlıqlar – QANUN POZUNTUSU – FOTO
Son dövrlərdə xəstəxanalardan və həkimlərdən olan vətəndaş şikayətlərinin sayı artmaqdadır.
Xəstəxanalarda fəaliyyət göstərən saxtakar həkimlərə Səhiyyə Nazirliyi tərəfindən müəyyən tədbirlər görülsə də, görünür bunun qarşısı hələ tam alına bilməyib. Növbəti şikayət “Mediland Hospital”da edilən saxtakarlıqlardandır.
NOCOMMENT.az bildirir ki, bu barədə vətəndaş saytımıza müraciət edib.
” 01 sentyabr tarixində mən xəstəxanaya müraciət edib həkim qəbulu və analizlərdən keçmişəm. Mənə xəstəlik vərəqəsi açıblar və xəstəlik vərəqəsinin içərisini altı günlük doldurublar (1-dən 6-na qədər). Ayın 4-ü tarixində mənə xəstəxanadan bildiriş gəlib sistemdə ayın 4-ü bağlanıb təsdiqləndiyi göstərilsə də, xəstəlik vərəqəsinin içərisində ayın 1-i bağlanılıb 2 sentyabr tarixində isə işə başlanıldığı qeyd edilib. Ayın 4-ü tarixində ayın 1-nə olan bülleteni təsdiqləməyə ixtiyarları yoxdur.
Əgər 2 sentyabr işə başlama tarixini qeyd edirsə, 1 sentyabr sistemdə bülleteni bağlayırsa, nəyə görə bu sistemdə ayın 4-ü saat 18:21-də təsdiqlənib?!
Aın 4-ü bülletendə yazılır ki, ayın 2-si tarixində işə çıx bu saxtakarlıq deyilsə, bəs nədir?
Portal şəffaflıq və qanun pozuntuları olunmaması üçün yaradılıb.
Bunları edən “Mediland Hospital” ın baş həkimi Günel Əliyevadır. Bunu etmə səbəbinin arxasında maddi maraq dayanır, yoxsa nə səbəb var onu dəqiq deyə bilmərəm.
Günel Əliyeva Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunub, “Özəl Tibb Müəssisələri Assosiasiyası” İctimai Birliyinin sədri seçilib. Əgər bu həkim portalda bu cür saxtakarlıqlar edirsə, nəyə görə baş həkim seçilib, təltif edilib?!
Günel Əliyeva anestezioloq olduğu halda, necə olur ki, baş həkim seçilir, həmçinin assosiasiyanın sədri seçilir və portalda da bu cür saxtakarlıqlar edir.
Şəffaflığı, qanunu qorumaq üçün, vətəndaşlarla düzgün işləmək üçün portal və saytlarda həkimlər düzgün işləməlidirlər, bu cür saxtakarlıqlara yol verilməməlidir”.
Bəs belə saxtakarlıqlarla fəaliyyət göstərəndə vətəndaşın işində yaranan narazılıqları kim düşünsün? Vətəndaş ayın 2-3 işdə olmalı olduğunu ayın 4-ü tarixində öyrənir və bu da şəffaflıq və qanun pozuntusu halıdır.
Bu cür halların qarşısının alınması üçün Səhiyyə Nazirliyi tərəfindən yeni tədbirlərin görülməsini xahiş edirik.
NOCOMMENT.az həmin xəstəlik vərəqəsini təqdim edir: