Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedibbackend

Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il avqustun 30-da Ermənistan Baş nazirinin təyyarəsi Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib və sentyabrın 6-da gecə Ermənistana qayıdıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan medianın sualına cavab olaraq bildirib.

Onun sözlərinə görə, bu il avqustun 8-də Vaşinqtonda sülhün bərqərar olmasından sonra Ermənistanın müvafiq orqanları Azərbaycandan Baş nazirin təyyarəsi üçün hava keçidi istəyib və müsbət cavab alıblar:

“Biz bu faktı regionda kommunikasiyaların açılması, sülh gündəminin təşviqi və qarşılıqlı etimad mühitinin formalaşdırılması üçün əməli addım hesab edirik”.

O xatırladıb ki, Azərbaycan təyyarələri uzun müddətdir Ermənistanın hava məkanı vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə yaradır.\\KONKRET.az